0
Çərşənbə axşamı
Okt 21

Türkiyədə "Can Holding"in rəhbəri həbs olundu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyənin məşhur "Can Holding" şirkətlər qrupuna qarşı aparılan təhqiqat çərçivəsində 11 nəfər həbs edilib.

King.Az xəbər verir ki, bu barədə "En Son Haber" saytı məlumat yayıb.

Bildirilib ki, təhqiqat çərçivəsində saxlanılan 11 şübhəlinin prokurorluqda ifadələri alındıqdan sonra onların işi həbs edilmələri barədə vəsatətlə məhkəməyə göndərilib.

İstanbul məhkəməsi 11 nəfəri "mənfəət əldə etmək məqsədilə cinayətkar təşkilata üzv olma" və "cinayət yolu ilə əldə edilən aktivləri leqallaşdırma" ittihamları üzrə təqsirli bilib.

Həbs edilənlər arasında holdinqin İdarə Heyətinin sədri Kenan Tekdağ da var.

Qeyd edək ki, "Can Holding"in nəzdində fəaliyyət göstərən bəzi şirkətlər vasitəsilə cinayətkar təşkilat yaradılması iddiası var. Bu səbəbdən istintaq çərçivəsində holdinqdə əməliyyatlar həyata keçirilir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.