Cümə
Fev 21

Azərbaycanda dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am domeni bloklanıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının saytlarını hədəfə almış govaz.am adlı saxta domeni bloklayıb.

King.Az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov təmsil etdiyi qurumun Bakıda keçirdiyi "Dövlət Qurumları IT Rəhbərlərinin V Zirvə Toplantısı"nda bildirib.

Onun sözlərinə görə, həmin saxta domen 1 ay bundan əvvəl aşkarlanıb.

İdarə rəisi həmçinin ötən gün bir sıra media qurumlarının, o cümlədən Oxu.Az saytının və "Report" İnformasiya Agentliyinin saytına da kiberhücumların edildiyini xatırladıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.