Bazar ertəsi
Avq 25

"Arsenal"ın müdafiəçisinə "Portu" yolu görünür

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

London "Arsenal"ının müdafiəçisi Aleksandr Zinçenko karyerasını "Porto"da davam etdirə bilər.

Bu barədə King.Az "TEAMtalk"un jurnalisti Rudi Qalettiyə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, "əjdahalar" sol cinah müdafiəçisi mövqeyi üçün heyəti gücləndirmək niyyətindədir. 28 yaşlı ukraynalı futbolçu "Porto"nun əsas transfer hədəflərindən biridir.

Lakin mənbənin sözlərinə görə, Zinçenkonun "Portu"ya potensial transferi ilə bağlı sövdələşmə futbolçunun maliyyə tələblərinə görə çətinləşib. Onun ildə təxminən 6.5 milyon avro almaq istədiyi iddia edilir. Bu səbəbdən portuqaliyalılar bu mövqe üçün başqa oyunçuları da nəzərdən keçirirlər.

Xatırladaq ki, Zinçenko Premyer Liqanın cari mövsümün ilk iki turunda "Arsenal"ın əsas heyətinə daxil edilməyib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.