0
Çərşənbə axşamı
Fev 25

"Trabzonspor"dan "Qalatasaray" və "Fənərbağça" ilə matçlar üçün əcnəbi hakim TƏLƏBİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Trabzonspor" "Fənərbağça" və "Qalatasaray"la oynayacaqları matçları Slavko Vinçiçin idarə etməsini istədiklərini açıqlayıb.

King.Az "Ntvspor"a istinadən xəbər verir ki, klub rəsmiləri ədalətli oyun prinsipləri üçün Slavko Vinçiçin idarəçiliyini tələb ediblər.

"Biz ədalət üçün bərabərlik istəyirik!

Futbolun ədalətini qorumaq, rəqabətin bərabər və ədalətli şəraitdə həyata keçirilməsini təmin etmək, idmanın ruhuna uyğun olaraq meydanda səylərin mükafatlandırılmasını təmin etmək, bütün maraqlı tərəflərin ümumi məsuliyyətidir.

Bu çərçivədə kritik matçların nəticəsinə birbaşa təsir edə biləcək səhvlərin qarşısını almaq üçün "Fənərbağça" ilə səfər matçlarında və "Qalatasaray"la ev matçlarında təcrübəli və ən əsası ədalətli idarəçilik nümayiş etdirəcəyinə inandığımız Slavko Vinçiçin idarəçiliyini tələb edirik.

Türkiyə Futbol Federasiyasını futbolun ədalətli idarə olunması üçün lazımi addımları atmağa və bu kritik qarşılaşmaların idmanın ruhuna uyğun idarə olunması üçün məsuliyyət daşımağa dəvət edirik", - deyə "qaradənizlilər"in bəyanatında deyilir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.