"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger İspaniya Kubokunun final matçında davranışına görə altı oyunluq diskvalifikasiya edilib.
King.Az xəbər verir ki, bu barədə COPE İspaniya Futbol Federasiyasındakı mənbələrə istinadla məlumat paylaşıb.
Bundan başqa, "Kral klubu"nun cinah müdafiəçisi Lukas Vaskes iki oyunluq cəza alıb.
Madrid təmsilçisinin oyunçusu Cud Bellinqemə göstərilmiş qırmızı vərəqə ləğv edilib.
Xatırladaq ki, Rüdiger komandasının "Barselona"ya 3:2 hesablı uduzduğu qarşılaşmada baş hakimə yad cisim atıb, nalayiq sözlər söyləyib.
Oxşar Mövzular

İngiltərəli qolfçu üç ay müddətinə yarışlardan kənarlaşdırıldı
20-12-2024, 12:27"Everton" 132 illik stadionunu tərk edir
17-05-2025, 14:22Sabiq direktor müavini məhkəmə zalından qaçdı
7-04-2025, 14:54