0
Çərşənbə
Mar 26

Məşhur aktrisa "Qisasçılar 5" və "Qisasçılar 6" filmlərində çəkilməyəcək

HASANLY
Aktrisa Elizabet Olsen "Qisasçılar 5" və "Qisasçılar 6" filmlərində çəkilməyəcəyini açıqlayıb.

King.Az xəbər verir ki, bu barədə o, "The Hollywood Reporter"ə verdiyi müsahibədə bildirib.

Bu o deməkdir ki, qırmızı cadugər personajı "Marvel" kinematoqrafiya kainatının bu nəhəng layihələrində görünməyəcək.

Hazırda aktrisa FX telekanalının istehsal edəcəyi "Yeddi bacı" dram serialının pilot seriyasında çəkilməyi planlaşdırır.

"Marvel" kainatına gəldikdə, qırmızı cadugər son olaraq "Doktor Strenc" filmində görünüb. Personajın taleyi isə hələ də müəyyən deyil.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.