0
Çərşənbə axşamı
Okt 29

"Mançester Yunayted" klubunu çalışdıracaq baş məşqçi bəlli olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Mançester Yunayted" klubu "Sportinq"in baş məşqçisi Ruben Amorimlə razılaşıb.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, klubla məşqçi arasında danışıqlar, demək olar ki, başa çatıb. Tərəflər bütün əsas detalları müzakirə ediblər, razılaşdırılmalı olan bir neçə yekun məqam qalıb.

Eyni zamanda, Amorim elə indidən işə başlamağa hazırdır, lakin çalışdığı kluba hörmət edərək "Sportinq"ə təzyiq etməyəcək. Ona görə də "aslanlar" yeni məşqçi tapana qədər keçid yubanacaq.

Qeyd edək ki, "Mançester Yunayted" niderlandlı Erik ten Haqı istefaya göndərdiyini ötən gün rəsmən açıqlayıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.