Cümə axşamı
Yan 23

HƏMAS-ın hücumu zamanı sağ qalan ifaçı İsraili "Avroviziya"da təmsil edəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
2023-cü il oktyabrın 7-də HƏMAS-ın musiqi festivalına hücumu zamanı sağ qalmağı bacarmış Yuval Rafael İsraili "Avroviziya"da təmsil edəcək.

King.Az bildirir verir ki, bu barədə Eurovision.tv məlumat verib.

Final seçimində 24 yaşlı Yuval Rafael "Spectre" filmindən Sem Smitin "Writing's on the Wall" mahnısını ifa edib.

Müğənninin sözlərinə görə, o, 7 oktyabr faciəsi ilə bağlı şəxsi hekayəsini musiqi vasitəsilə insanlara danışmaq istəyir.

Qeyd edək ki, Yuval Rafael İsrailin cənubunda keçirilən Nova musiqi festivalının iştirakçısı olub. HƏMAS-ın hücumu zamanı, o, bir neçə saat bomba sığınacağında qalıb və xilas olmaq üçün özünü ölülüyə vurub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.