"Barselona"nın futbolçusu Lamin Yamal "YouTube" kanalında bir milyon abunəçi həddini keçib.
King.Az Sports.ru-ya istinadən xəbər verir ki, onun "YouTube" kanalı cəmi iki gün ərzində bir milyondan çox abunəçi toplayıb.
Kanalda yerləşdirilən yeganə videoda Yamal öz evində ekskursiya aparır və bu video iki gün ərzində 5.7 milyon dəfə izlənilib.
Qeyd edək ki, "YouTube" videohostinqi bir milyon abunəçi həddinə çatan müəlliflərə "Qızıl düymə" mükafatı təqdim edir.
Oxşar Mövzular
Nəfəsin canlı ifasında çatışmazlıqlar var' - Qalmaqal alovlandı
26-10-2024, 14:51Türkiyə Superliqası: "Fənərbağça" "Bodrumsporu" məğlub etdi
29-03-2025, 11:02