2
Çərşənbə
Mar 05

Bir trilyon tonluq aysberq təhlükə saçmağa başlayıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Dünyanın ən böyük aysberqi A23 suitilərin və pinqvinlərin yaşadığı Cənubu Corciya adası yaxınlığında buzlaqdan qopub.

King.Az BBC-yə istinadla xəbər verir ki, aysberq çox güman ilişib qalıb və gələcəkdə əriməyə başlayacaq.

Bu, həm balıqçılar, həm də pinqvinlər üçün potensial təhlükə törədir. Digər tərəfdən, aysberq parçalandığı halda, gəmilərin hərəkətini məhdudlaşdıraraq təhdidlər formalaşdıra bilər.

Qeyd edək ki A23 aysberqinin çəkisi bir trilyon tona yaxındır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.