0
Cümə
Yan 03

Rəqqasə Fatimə Fətəliyeva dələduzluqla üzləşdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Rəqqasə Fatimə Fətəliyeva hüquq-mühafizə orqanlarına müraciət edib.

King.Az-ın məlumatına görə, rəqqasə son zamanlar sosial şəbəkələrdə özünün və digər tanınmış şəxslərin adından istifadə edilərək insanları aldatmağa çalışan şəxslərin fəaliyyətinin artdığını bildirib.

"Instagram" hesabından müraciət edən sənətçi qeyd edib ki, bu halların nəticəsində təkcə onun, həmçinin digər tanınmış şəxslərin adları və nüfuzları qanunsuz şəkildə istifadə olunur.

Rəqqasə belə hərəkətlərin insanlara həm maddi, həm də mənəvi zərər verdiyini, cəmiyyətdə isə inamsızlıq yaratdığını vurğulayıb. Həmçinin bu cür halların cəmiyyətə mənfi təsir göstərdiyini bildirib və hüquq-mühafizə orqanlarına müraciət edib.

Qeyd edək ki, son dövrlərdə bir sıra tanınmış şəxslərin - Əməkdar artist Sənubər İsgəndərli, rəqqasə Rəna Ağamuradova (Renka), aparıcı Mətanət Əliverdiyeva, aktyor İlkin Həsəni və aktrisa Pərvin Abıyevanın da oxşar dələduzluq hadisələri ilə üzləşdikləri bildirilir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.