Bazar
Okt 06

Livanda bütün təhsil müəssisələri bağlandı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Livanda davam edən münaqişə səbəbindən məktəblərdə və bütün təhsil müəssisələrində dərslərin başlaması oktyabrın 7-dən noyabrın 4-nə təxirə salınıb.

King.Az TASS-a istinadən xəbər verir ki, bunu Beyrutda keçirilən mətbuat konfransında respublikanın təhsil naziri vəzifəsini icra edən Abbas Hələbi bildirib.

"Nazirlik 1.3 milyon şagirdi və müəllimləri təhdid edən təhlükəyə görə məsuliyyəti öz üzərinə götürə bilməz. Ona görə də tədris ilinin başlanması noyabrın 4-nə təxirə salınıb", - deyə məmur qeyd edib.

O, həmçinin xatırladıb ki, hazırda əksər dövlət məktəblərinin, texnikumların və institutların binaları cənub bölgələrindən olan qaçqınların yerləşdirilməsi üçün istifadə olunur.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.