İtaliyada kişi anasının pensiyasını almaq üçün onun cəsədini üç il gizlədib.
King.Az "RaiNews"a istinadən xəbər verir ki, kişi anasının vəfatından sonra bank hesabına köçürülən pensiyanı almaqda davam edib.
Qadının şəxsiyyət vəsiqəsinin müddəti bitdikdə isə kişi sənədi şəxsən yeniləməyə çalışıb. O, qadın paltarı geyinərək özünü vəfat etmiş anası kimi təqdim edib.
Daha sonra polis onun anasının cəsədini tapıb. Hal-hazırda kişi cəsədin gizlədilməsi, fırıldaqçılıq və sənəd saxtakarlığı ilə ittiham olunur.