0
Cümə axşamı
Sen 12

Bundesliqanın sürət rekordu qırıldı

Admin
"Haydenhaym" klubunun futbolçusu Serlord Konte komanda ilə çıxdığı ikinci görüşdə adını Bundesliqa tarixinə yazdırmağı bacarıb.

King.Az Oxu.Az-a isitnadən xəbər verir ki, "Auqsburq"la oyunun 85-ci dəqiqəsində sprint edərək maksimal sürəti 36,67 km/saata çatdıran hücumçu "sürət kralı" adlandırılan "Borussiya Dortmund"un ulduz futbolçusu Kərim Adeyemini qabaqlayıb.

Kərim Adeyemi isə 2022/23 mövsümündə "Frayburq"la oyunda 36,65 km/saat sürət yığıb və o vaxta qədər Bundesliqanın ən sürətli oyunçusu olub.

Qeyd edək ki, Konte bu mövsüm "Paderborn"dan 700 min avro qarşılığında "Haydenhaym"a keçib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.