"Qarabağ"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi ilk matçın hakimlərinin adları məlum olub.
King.Az xəbər verir ki, oyun Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Qarşılaşmanın baş hakimi Ante Çulina olacaq. Ona Luka Puşiç və İvan Mihali kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.
VAR Mario Zebecə, AVAR isə Tixomir Pejinə həvalə edilib.
Qeyd edək ki, qarşılama iyulun 23-də Dublindəki "Tolka Park" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Bu komandalar arasında cavab görüşü isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Oxşar Mövzular
Ayxan Abbasov "Antalyaspor"un düşərgəsini ziyarət edib
20-03-2025, 20:00UEFA Millətlər Liqası: İngiltərə İrlandiyanı darmadağın etdi
18-11-2024, 00:05UEFA Avropa Liqası: Liqa mərhələsinə bu gün start veriləcək
24-09-2025, 16:31