Alimlər Yer kürəsinə tədricən yaxınlaşan 3I/ATLAS kosmik obyektindən ilk radiosiqnalı 1665 MHz və 1667 MHz xətlərində tutmağa müvəffəq olublar.
King.Az bu barədə "The Astonomer 's Telegram" portalına istinadən xəbər verir.
Radiosiqnal oktyabrın 24-də Cənubi Afrikada yerləşən "MeerKAT" radioteleskopu vasitəsilə tutulub.
Harvard Universitetinin alimi Avi Loeb bildirib ki, 2026-cı il martın 26-da 3I/ATLAS Yupiterin yanından keçərkən, "Yunona" kosmik aparatı obyektdən aşağıtezlikli siqnal tutmağa çalışacaq.
3I/ATLAS kosmik obyekti 1 iyul tarixində görünüb. Daha sonra alimlər müəyyən ediblər ki, bu, başqa bir ulduz sistemindən olan kometadır. Həmçinin obyektin təxminən 7,5 milyard yaşında olduğu müəyyən edilib, yəni Günəşdən 3 milyard il böyükdür.
Oxşar Mövzular

Tiktoker "Vaqa"nın barəsində olan cinayət işinə xitam verildi
9-01-2026, 12:41Ayaz Salayev: "Röya nə deyirsə, mənə xoşdur"
25-05-2025, 15:18
Gündəlik Bürclər-(26.03.2026)
26-03-2026, 00:00