Bazar ertəsi
May 11

"Milan" evdə "Atalanta"ya məğlub oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliya A Seriyasının 36-cı turunda "Milan" doğma meydanda "Atalanta"ya 2:3 hesabı ilə uduzub.

King.Az xəbər verir ki, "San-Siro" stadionunda keçirilən görüşdə hesabı 7-ci dəqiqədə "Atalanta"nın yarımmüdafiəçisi Ederson açıb.

29-cu dəqiqədə Davide Dzappakosta fərqi artırıb. İkinci hissədə Cakomo Raspadori üçüncü qolu vuraraq top fərqini 3-ə çatdırıb.

"Milan" yalnız matçın sonlarında fərqlənə bilib. 88-ci dəqiqədə Straxinya Pavloviç hesab arasındakı fərqi azaldıb. 90+4-cü dəqiqədə isə Kristofer Nkunku penaltidən komandasının ikinci qolunu vurub.

Bu nəticədən sonra "Milan" 67 xalla A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. "Atalanta" isə 58 xalla yeddinci sıradadır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.