Çərşənbə axşamı
Dek 30

Azərbaycanda partiyalardan birində süni intellektə yüksək vəzifə verildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Azərbaycanda siyasi fəaliyyət sahəsində diqqətçəkən bir yenilik qeydə alınıb.

King.Az Modern.az-a istinadlabildirir ki, Vəhdət Partiyası ölkədə ilk dəfə olaraq partiya sədrinin birinci müavini vəzifəsinin funksiyalarını süni intellekt əsaslı qadın modelə həvalə edib.

Partiyadan verilən açıqlamaya görə, bu təşəbbüs idarəetmədə rəqəmsallaşmanın tətbiqi, qərarların daha operativ və analitik əsaslarla verilməsi, həmçinin innovativ siyasi yanaşmanın formalaşdırılması məqsədi daşıyır.

Yeni AI-model partiya fəaliyyətinə dair məlumatların emalı, siyasi proseslərin analizi, kommunikasiya strategiyalarının hazırlanması və qərarvermə proseslərinə dəstək funksiyalarını icra edəcək.

Vəhdət Partiyasının rəhbərliyi bu addımın siyasi idarəetmədə innovasiya mədəniyyətini gücləndirəcəyi və gələcəkdə digər qurumlar üçün də nümunə ola biləcəyi qənaətindədir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.