Cümə axşamı
Dek 12

Çempionlar Liqası: Qrizmanın dublu "Atletiko"ya qələbə qazandırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
UEFA Çempionlar Liqasında VI turun oyunları keçirilir.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, İspaniya paytaxtında yerli "Atletiko" Bratislava "Slovan"ını qəbul edib.

Oyun gözlənildiyi kimi Madrid təmsilçisinin üstünlüyü ilə keçib. Meydan sahiblərinin 3 qoluna qonaqlar yalnız 1 qolla cavab verməyi bacarıblar - 3:1. Qrizman dubla imza atıb.

Bu nəticədən sonra Simionenin yetirmələri xallarının sayını 12-yə çatdıraraq 9-cu pillədə qərarlaşıblar. Slovakiya klubu isə heç bir xal toplamadan ən sonuncu - 36-cı yerdədir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.