Çərşənbə
Yan 15

"Oskar" mükafatlandırma mərasiminin taleyinə aydınlıq gətirilib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Los-Ancelesdə davam etməkdə olan meşə yanğınları 2025-ci ilin "Oskar" mükafatlandırma mərasiminin keçirilməsinə mane olmayacaq.

King.Az xəbər verir ki, bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyasının nümayəndələri "The Hollywood Reporter" nəşrinə açıqlama veriblər.

Daha əvvəl isə nüfuzlu "The Sun" nəşri xəbər vermişdi ki, 96-cı "Oskar" mükafatlandırma mərasimi meşə yanğınları ilə əlaqədar tarixində ilk dəfə ləğv ediləcək.

Qeyd edək ki, yanvarın 7-dən etibarən Los-Ancelesdə 16 min hektar ərazini əhatə edən meşə yanğınları davam edir. Alov 12300-dən çox binanı, o cümlədən prestijli ərazilərdə məşhur insanların evlərini məhv edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.