"İnter Mayami"nin hücumçusu Luis Suares komanda yoldaşı Lionel Messi ilə Uruqvayda futbol klubu yaratdıqlarını açıqlayıb.
King.Az xəbər verir ki, Suares bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Komandanın adı "Deportivo LSM"dir və Uruqvay çempionatının dördüncü divizionunda çıxış edəcək.
LSM abreviaturu iki oyunçunun adlarının birləşməsidir.
"Deportivo" 1 400 yerlik süni örtüklü stadion və 620 yerlik mini-futbol meydançasının daxil olduğu "Luis Suares" kompleksində məşq edəcək.
Oxşar Mövzular
Qaranlıqda görməyə imkan verən kontakt linzalar hazırlandı
24-05-2025, 12:00
Filippində binanın çökməsi nəticəsində ölənlərin sayı artdı
2-06-2026, 14:02Reper Dreykin oxşarları müsabiqəsi keçirildi, qalib qadın oldu
16-12-2024, 14:30