Azərbaycan milli komandasının üzvü Emil Səfərov "FIFA Series - 2026" turnirinin finalında sərgilədiyi intizamsız hərəkəti ilə diqqət mərkəzinə düşüb.
King.Az xəbər verir ki, Syerra-Leone yığması ilə həlledici qarşılaşmada gənc yarımmüdafiəçinin rəqib oyunçuya qarşı fiziki güc tətbiq etməsi ciddi narazılıqla qarşılanıb. Belə ki, oyun zamanı Səfərov rəqib futbolçunun üzünə şillə vurub.
Futbolçu sosial şəbəkələrdə və azarkeşlər arasında ciddi tənqid hədəfinə çevrilib. İdman ictimaiyyəti və azarkeşlər hesab edirlər ki, əgər görüşdə VAR sistemi olsaydı, hakim Səfərovun bu kobud hərəkətinə görə dərhal ona qırmızı vərəqə göstərməli və meydandan qovmalı idi.
Oxşar Mövzular
Nepalda Everestə qalxma haqqı 15 min dollara çatdı
22-01-2025, 10:29
İspaniyada rəssam Qoyanın əsərləri dövlət mülkiyyəti kimi tanındı
28-03-2026, 15:49Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb
30-01-2025, 10:30