Çərşənbə
İyl 16

Harrison Ford 83 yaşında ilk dəfə "Emmi" mükafatına namizəd oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Məşhur aktyor Harrison Ford cəmi iki gün əvvəl 83 yaşını qeyd edib və bu gün o, ilk dəfə olaraq nüfuzlu televiziya mükafatı "Emmi"yə namizədlər siyahısına daxil edilib.

King.Az championat.com-a istinadən xəbər verir ki, Ford "Terapiya"nın ikinci mövsümündəki roluna görə "Komediya serialında ən yaxşı ikinci plan aktyoru" nominasiyasında namizəd olub.

"Terapiya" serialı şəxsi problemlərinə görə acığını müştərilərindən çıxan və onlara həqiqətən nə düşündüyünü söyləyən psixoterapevtin hekayəsindən bəhs edir. Harrison Ford baş qəhrəmanın Parkinson xəstəliyindən əziyyət çəkən həmkarı rolunu oynayır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.