0
Bazar ertəsi
Mar 10

İtaliya A Seriyası: "Atalanta" səfərdə "Yuventus"u darmadağın etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İtaliya A Seriyasının 28-ci turunda "Yuventus" "Atalanta"nı qəbul edib.

King.Az xəbər verir ki, "Atalanta" səfərdə 0:4 hesabı ilə qalib gəlib.

Matçda hesabı 29-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Mateo Retegi açıb. 46-cı dəqiqədə Martin de Roon qonaqların üstünlüyünü artırıb. 67-ci dəqiqədə Davide Dzappakosta "Atalanta"nın üçüncü qolunu vurub. 77-ci dəqiqədə Ademola Lukman matçda son nöqtəni qoyub.

Keçirilən 28 matçdan sonra "Yuventus" 52 xalla A Seriyasının turnir cədvəlində dördüncü yerdə, "Atalanta" 28 oyundan sonra 58 xalla üçüncü yerdədir.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.