0
Bazar
Mar 16

Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlayacaq.

King.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan da Zəngəzur dəhlizi ilə bağlı işlər davam etdirilir.

Nazir həmçinin Orta Dəhliz barədə də danışıb:

"Orta Dəhlizin əsas keçid nöqtəsi Türkiyədir. Bu dəhlizdə tarixən bir çox iş görülüb, layihələr icra edilib. Biz indi bu dəhlizi daha da gücləndirmək istəyirik".
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.