"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr ciddi təhlükə törətməyən bədən xəsarətləri yetirməkdə təqsirli bilinib.
King.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykob "X" sosial şəbəkə hesabında paylaşım edib.
Məhkəmə futbolçunu 15 ay müddətinə şərti azadlıqdan məhrum edib. Bu qərar onun 2020-ci ildə ailəvi istirahət zamanı Yunanıstanda baş vermiş davada ehtimal olunan iştirakının nəticəsidir. Hadisə Mikonos adasında baş verib. Orada Maquayr və dostları yerli barların birində digər ingilislərlə dava salıblar.
Polis gəldikdən sonra müdafiəçinin də daxil olduğu qrup hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edib. Bu hadisə nəticəsində futbolçu və onun iki dostu saxlanılaraq polis məntəqəsinə aparılıb.
Oxşar Mövzular
"Google"un hər istifadəçisinin öz rəqəmsal barmaq izi var
25-03-2025, 14:18UEFA Avropa Liqasının rəmzi komandası bəlli olub
23-05-2025, 11:52
Dünyanın ən dadsız mətbəxi açıqlandı
31-01-2026, 16:37