Cümə
May 23

UEFA Avropa Liqasının rəmzi komandası bəlli olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA-nın texniki müşahidəçilər qrupu 2024/2025 mövsümünün Avropa Liqasının rəmzi komandasını seçib.

Kiing.Az xəbər verir ki, heyətdə "Tottenhem"dən dörd, "Budo-Qlimt" və "Mançester Yunayted"dən iki, "Ayntraxt", "Lion" və "Atletik Bilbao"dan bir oyunçu yer alıb.

Qapıçı: Gulyelmo Vikario ("Tottenhem").

Müdafiəçilər: Pedro Porro ("Tottenhem"), Kristian Romero ("Tottenhem"), Robin Kox ("Ayntraxt"), Fredrik Andre Byorkan ("Budyo-Qlimt").

Yarımmüdafiəçilər: Patrik Berq ("Budyo-Qlimt"), Bruno Fernandes ("Mançester Yunayted"), Kazemiro ("Mançester Yunayted").

Hücumçular: Rayan Şerki ("Lion"), Dominik Solanke ("Tottenhem"), Niko Uilyams ("Atletik Bilbao").

Qeyd edək ki, Avropa Liqasının hazırkı qalibi "Tottenhem"dir. 21 mayda keçirilən turnirin final görüşündə London klubu "Mançester Yunayted" üzərində 1:0 hesabı ilə qələbə qazanaraq çempion olub.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.