0
Şənbə
Dek 06

Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşub: Ölənlər və yaralananlar var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyənin Osmaniye şəhərinin Bahçe rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub.

Bu barədə King.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, qəza nəticəsində altı nəfər ölüb, 11 nəfər yaralanıb.

Yaralılar Osmaniyedəki müxtəlif xəstəxanalara aparılıblar.

Qəza səbəbindən magistral yolun Qaziantep istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tək zolaqla məhdudlaşdırılıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.