Cümə
Fev 27

UEFA Konfrans Liqası: "Samsunspor" və "Fiorentina" növbəti mərhələyə keçdilər

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarına start verilib.

King.Az xəbər verir ki, bu çərçivədə baş tutan "Samsunspor" (Türkiyə) - "Şkendiya" (Şimali Makedoniya) matçı 4:0 hesabı ilə başa çatıb.

İlk matçda Türkiyə təmsilçisi səfərdə rəqibini 0:1 hesabı ilə məğlub etdiyinə görə, "Samsunspor" iki görüşün yekununda (5:0) adını 1/8 final mərhələsinə yazdırıb.

"Fiorentina" (İtaliya) - "Yagelloniya" (Polşa) qarşılaşmasında əsas vaxt 0:3 hesabı ilə başa çatıb. Tərəflər arasında ilk görüş italyanların 0:3 hesablı qələbəsi ilə yekunlaşdığına görə, iki oyunun nəticəsində hesab bərabərləşib - 3:3. Matça əlavə edilmiş hissələrdə "Fiorentina" iki dəfə, "Yagelloniya" isə daha bir dəfə fərqlənərək cari oyunda yekun hesabı müəyyənləşdiriblər - 2:4. İki görüşün nəticəsinə (5:4) əsasən italyanlar 1/8 final mərhələsinə çıxıblar.

Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:

"Selye" (Sloveniya) - "Drita" (Kosovo) - 3:2 (ilk oyun 3:2);

"Riyeka" (Xorvatiya) - "Omoniya" (Kipr) - 3:1 (1:0).

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.