Şənbə
Okt 18

Ağ Evin mətbuat katibindən jurnalistə kobud reaksiya

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ağ Evin mətbuat katibi Kerolayn Livitt "HuffPost"un müxbirinin Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın görüşü üçün yeri kimin seçdiyi ilə bağlı sualına kobud cavab verib.

King.Az bu barədə "HuffPost" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, Livitt müxbirin sualına "sənin anan" deyə cavab verib. Jurnalist Livittdən cavabının gülməli hesab edib-etmədiyini soruşanda mətbuat katibi müxbiri özünü jurnalist saydığına görə tənqid edib.

Livitt onu "ifrat solçu qaralamaçı" adlandırıb və hətta həmkarları tərəfindən ciddi qəbul edilmədiyini vurğulayıb.

Mətbuat katibi sonda müxbirdən daha "qeyri-səmimi, qərəzli və cəfəng suallar" verməməsini xahiş edib.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin yaxın iki həftə ərzində Budapeştdə görüşməsi planlaşdırılır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.