Çərşənbə
Okt 29

Əbdulhakim Eşmuratov: "Azərbaycan və Özbəkistan bir-birinə tarixi və sarsılmaz dəyərlərlə bağlıdır"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə edir. Azərbaycanda konstitusiya əsasında görülən işlər böyük qürurun nümunəsidir".

King.Az xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatının Məhkəmə-Hüquq məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Əbdulhakim Eşmuratov Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və Özbəkistan bir-birinə tarixi və sarsılmaz dəyərlərlə bağlıdır:

"İki ölkə prezidentləri arasındakı yüksəksəviyyəli əlaqələr münasibətlərin inkişafına mühüm töhfə verib. Həmçinin, ölkələrimiz arasında Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində mühüm dialoq var. Qanunvericlik və parlament səviyyəsində iki ölkə arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.