"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu olub.
King.Az xəbər verir ki, o, Almaniyanın "Ayntraxt" komandası ilə matçın 90+3-cü dəqiqəsində diqqət mərkəzinə düşüb.
28 yaşlı müdafiəçinin qolu təmsilçimiz üçün həlledici olub.
Xatırladaq ki, görüş Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə bitib. Bu nəticədən sonra "Qarabağ" turnir cədvəlində 10 xalla 17-ci, 4 xala malik "Ayntraxt" isə 33-cü pillədə qərarlaşıb. Azərbaycan çempionu sonuncu matçını yanvarın 29-da İngiltərədə "Liverpul" klubuna qarşı keçirəcək.
Oxşar Mövzular

NATO təlimində Türkiyədən güc nümayişi
15-02-2026, 01:22Qızılın qiyməti unsiyaya görə, 3 400 dolları ötüb
21-04-2025, 13:26