Bazar ertəsi
May 19

Lionel Messinin komandası böyük hesabla məğlub oldu

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Heyətində bir çox ulduzların yer aldığı "İnter Mayami" MLS-in hesabat turunda öz meydanında "Orlando Siti"yə 0:3 hesabı ilə uduzub.

King.Az xəbər verir ki, qonaqların heyətində Luis Muriel, Marko Paşaliç və Daqur Torhalsson fərqləniblər.

Meydan sahiblərinin hücumçusu Lionel Messi 90 dəqiqəni əvəzolunmadan keçirib və sarı vərəqə ilə yadda qalıb.

Qeyd edək ki, bu matçdan sonra "İnter Mayami" Şərq Konfransında 22 xalla altıncı, "Orlando" isə 24 xalla beşinci pillədə qərarlaşıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.