Şənbə
Yan 31

KİV: ABŞ-nin nəhəng şirkətləri 52 min işçini ixtisar etməyi planlaşdırırlar

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Süni intellekt texnologiyalarının genişlənməsi və əmək bazarındakı artımın ləngiməsi fonunda ABŞ-nin iri şirkətləri təxminən 52 min işçini ixtisar etməyi planlaşdırır.

King.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri xəbər yayıb.

"Şirkətlər getdikcə daha çox işdən çıxarmaları müzakirə edir və əmək xərclərini azaltmaq üçün süni intellektdən istifadə etməyə çalışırlar", - deyə "Goldman Sachs" bankının ABŞ üzrə baş iqtisadçısı Devid Merikl bildirib.

Qeyd olunur ki, bir çox aparıcı ABŞ şirkətləri iqtisadi qeyri-müəyyənlik və artan təzyiqlər fonunda işçi qüvvəsini azaltmaq məcburiyyətində qalır, istehsal və idarəetmə proseslərini optimallaşdırmaq üçün isə süni intellektə investisiyalara üstünlük verirlər. Bu təşəbbüs "Amazon", "Nike", UPS, "Home Depot" və digər tanınmış şirkətlərə təsir edəcək.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.