2
Bazar ertəsi
Dek 01

Bu gün İstanbul "bölünür": "Fənərbağça" və "Qalatasaray" üz-üzə

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bu gün Türkiyə Superliqasının XIV turu çərçivəsində İstanbul derbisi olacaq.

King.Az xəbər verir ki, "Çobani" stadionunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Qarşılaşmanın baş hakimi Yasin Kol olacaq.

İlk 13 turdan sonra "Fənərbağça" 31 xalla ikincidir, Okan Burukun kollektivi isə 32 xalla lideridir.

Qeyd edək ki, bu komandalar arasında indiyə kimi 401 oyun keçirilib. Bu oyunlardan 149-da "Fənərbağça", 129-da "Qalatasaray" qələbə qazanıb. 123 oyun isə bərabərliklə yekunlaşıb.

1 dekabr

Türkiyə Superliqası

XIV tur

Saat 21:00, "Fənərbağça" - "Qalatasaray"

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.