Təyyarə qəzasında sağ qalanlar arasında təyyarə bələdçisi Aydan Rəhimli də var.
King.Az xəbər verir ki, onun xəstəxanadan görüntüləri Fövqəladə Hallar Nazirliyinin (FHN) hazırladığı videoda yer alıb.
Qeyd edək ki, qəza nəticəsində beş ekipaj üzvündən iki nəfər bələdçi sağ qalıb.
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus "BE-200 ÇS" amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
Bildirilib ki, qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir. Həmçinin, qəza baş vermiş ərazidə nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

Oxşar Mövzular

Gündəlik Bürclər-(08.03.2025)
8-03-2025, 10:33
COP 29 günlərində bu yollarda sərbəst hərəkətə icazə veriləcək
2-11-2024, 00:32
Yurgen Klopp futbol tarixinin üç ən yaxşı futbolçusunun adını çəkib
11-01-2025, 14:33
İtaliya A Seriyası: "Milan"-"Roma" matçında qalib müəyyənləşmədi
30-12-2024, 11:34Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbərə şərh əlavə edə bilməz. Zəhmət olmasa Qeydiyyatdan keçin yaxud sayta Daxil Olun.