İspaniya La Liqası klublarının əksəriyyəti hakimləri həddindən artıq tənqid etdiyinə görə "Real"a sanksiya tətbiq etməyə çağırıb.
King.Az "Relevo"ya istinadən xəbər verir ki, bu barədə klub nümayəndələri İspaniya Kral Futbol Federasiyasının (RFEF) iclasında deyiblər.
Qeyd olunur ki, La Liqanın adı açıqlanmayan klubları "Real"ın hakimlərə qarşı bu cür tənqidlərini təzyiq aktı hesab edirlər. Lakin RFEF-in sözügedən iclasında "Real"ın nümayəndələri iştirak etməyiblər.
Xatırladaq ki, daha əvvəl "Kral klubu" "Espanyol"la oyunda (0:1) hakimlik məsələsi ilə bağlı RFEF-ə rəsmi şikayət etmişdi. Sənəddə "Real" ölkədə hakimlik sisteminin tamamilə yenilənməsinin vacibliyini qeyd edib.

Oxşar Mövzular
Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
18-03-2025, 15:02
Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir
5-02-2026, 14:39