Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında növbəti danışıqların ikinci günü başlayıb.
King.Az-ın məlumatına görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov özünün "Telegram" kanalında bildirib.
"Əbu-Dabidə danışıqların ikinci günü başlayıb. Dünən olduğu kimi, bu gün də eyni formatlarda işləyirik: üçtərəfli məsləhətləşmələr, qruplar üzrə iş və mövqelərin sonrakı sinxronlaşdırılması", - deyə Umerov bildirib.
Qeyd edək ki, bir gün əvvəl Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə üçtərəfli danışıqlara başlanılıb.
Oxşar Mövzular
"Twilight" ulduzu 900 britaniyalının kredit borcunu ödəyib
11-03-2025, 12:15Bu tərəvəz bir çox xəstəliklərdən xilas edir
22-10-2024, 15:33