0
Cümə axşamı
Noy 13

Mateus Silva "FC 26 Football Ultimate Team"də yer alıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Qarabağ" klubunun futbolçusu Mateus Silva Çempionlar Liqasının son həftəsində göstərdiyi performansa görə "EA Sports FC 26" oyununda "Football Ultimate Team" rejimində "UEFA Prime Time" oyunçuları arasında yer alıb.

King.Az xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib.

Bu nominasiya turnirin ən parlaq çıxış edən futbolçularını bir araya gətirən xüsusi seçmə heyətdir.

Mateus Silva son qarşılaşmalardakı etibarlı oyunu və komandanın müdafiəsindəki rolu ilə diqqət çəkib.

Mövzu ilə bağlı "Qarabağ"ın rəsmi saytına açıqlama verən Mateus Silva bildirib ki, bütün bunlar komandanın birgə səyi nəticəsində baş verib:

"Ultimate Team"ə daxil edildiyim üçün çox xoşbəxtəm, bütün bunlar komandamızın gördüyü möhtəşəm işlər sayəsində mümkün olub".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.