Bazar ertəsi
Sen 01

Gümüşün qiyməti 2011-ci ilin sentyabr ayından bəri maksimuma yüksəlib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2025-ci ilin dekabrında çatdırılma ilə gümüş füçerslərinin qiyməti 2011-ci il sentyabrın 14-dən bəri ilk dəfə olaraq 40 dolları ötüb.

King.Az-ın TASS-a istinadən xəbərinə görə, bunu ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 5:50-ə olan məlumata görə, qiymətli metalın qiyməti bir trua unsiyası üçün 41.01 dollar (+ 0.64%) təşkil edib, ötən gecə isə maksimum həddə bir trua unsiyası üçün 41.48 dollara (+ 1.79%) yüksəlib.

Bakı vaxtı ilə saat 8:50-də gümüşün qiyməti artımını sürətləndirərək bir trua unsiyası üçün 41.37 dollar (+ 1.52%) təşkil edib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.