Mixail Mudrik qadağan olunmuş maddələri (dopinq) bilərəkdən qəbul etmədiyini sübut etmək üçün yalan detektorundan keçib.
King.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, testin nəticələri ukraynalı futbolçunun günahsız olduğunu təsdiq edib.
Xatırladaq ki, Mixailo Mudrikin orqanizmində qadağan olunmuş maddələrin aşkar edilməsi barədə ilk məlumat ötən ilin dekabrında ortaya çıxmışdı.
O vaxtdan bəri naməlum səbəblərə görə, ya B nümunəsinin analizləri aparılmayıb, ya da açıqlanmayıb. Halbuki futbolçunun özü və ətrafı bu nümunənin açılmasında israr edirdi.
Qadağan olunmuş maddələrin qəbulu təsdiq olunduğu üçün Mudriki dörd ilədək diskvalifikasiya təhlükəsi gözləyir.
Oxşar Mövzular

Gündəlik Bürclər-(20.12.2025)
20-12-2025, 00:00
Neftçalada balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü
30-01-2026, 13:00