0
Bazar ertəsi
Noy 03

"Roma" Dibalanı itirdi: Baş məşqçi futbolçunun zədəsindən danışdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Roma"nın məşhur hücumçusu Paulo Dibala "Milan"la oyunda penalti vurarkən zədələnib.

King.Az "Football-Italia" nəşrinə istinadən xəbər verir ki, "Roma"nın baş məşqçisi Can Pyero Qasperini futbolçunun durumu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, argentinalı forvardın zədəsi ciddidir, ən azı, milli komandaların oyunları ilə bağlı yaranan fasiləyə qədər meydana çıxmayacaq.

Xatırladaq ki, "Milan" öz meydanında keçirilən oyunun 39-cu dəqiqəsində serbiyalı müdafiəçisi Straxinya Pavloviçin vurduğu yeganə qolla "Roma"nı 1:0 hesabı ilə məğlub edib. Dibala görüşün 82-ci dəqiqəsində penaltini qola çevirə bilməyib. On turdan sonra İtaliya A seriyasında hərəyə 21 xal toplayan "Milan" və "Roma" müvafiq olaraq 3-4-cü yerləri bölüşürlər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.