Venesuela müxalifətinin lideri, 2025-ci il Nobel Sülh Mükafatı laureatı Maria Korina Maçado ABŞ-nin Venesuela ərazisinə endirdiyi zərbələri dəstəkləyib.
King.Az xəbər verir ki, məlumatı "CBS News" yayıb.
Maçado açıqlamasında ölkə xalqı adından Donald Trampa təşəkkür edib.
"Biz Venesuela xalqı ona və onun administrasiyasına çox minnətdarıq, mən onu bu yarımkürədə azadlığın müdafiəçisi hesab edirəm", - "CBS News" müxalifət liderindən sitat gətirib.
Korina Maçado həmçinin bildirib ki, o, ABŞ liderinin Latın Amerikası üzrə bütün strategiyasını dəstəkləyir.
Oxşar Mövzular

ABŞ etirazçıları dəstəkləmək üçün İrana zərbə endirməyi nəzərdən keçirir
12-01-2026, 14:00ABŞ-də növbəti şəxsə "Neuralink" beyin çipi yerləşdirilib
11-01-2025, 19:45
UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulur
26-02-2026, 14:19