Cümə axşamı
Yan 08

Yaponiyanın məşhur avtomobil markasının satışı son 30 ildə ən aşağı səviyyəyə düşüb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Yaponiyada ötən il "Nissan" avtomobillərinin satışları son 30 ildə ən aşağı səviyyəyə düşüb.

King.Az xəbər verir ki, bu barədə "Nikkei" nəşri məlumat yayıb.

Qeyd edilib ki, avtomobil istehsalçısının ümumi daxili bazardakı payı ilk dəfə 10%-dən aşağı səviyyədə olub.

"Nissan" ötən il daxili bazarda 403 min avtomobil satıb ki, bu da 2024-cü illə müqayisədə 15% azdır.

Sənaye mütəxəssisləri avtomobil istehsalçısının satışda zəifləməsini yeni modellərin olmaması, maliyyə çətinlikləri və ictimai qalmaqallar səbəbindən imicə dəyən ziyanla əlaqələndirirlər.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.