0
Çərşənbə axşamı
Noy 04

Stefano Pioli istefaya göndərildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Fiorentina" baş məşqçisi Stefano Piolini istefaya göndərib.

King.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, italiyalı mütəxəssislə bağlı bu qərar uğursuz nəticələrə görə verilib.

Qeyd edək ki, 60 yaşlı italiyalı mütəxəssis 2025-ci ilin iyul ayından bəri "Fiorentina"ya rəhbərlik edir.

Onun rəhbərliyi altında komanda 14 oyun keçirib, dörd qələbə qazanıb, dörd heç-heçə edib və altı oyunda məğlub olub. Komanda hazırda turnir cədvəlində 4 xalla 20-ci pillədə qərarlaşıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.