0
Saturday
Mar 15

ABŞ-ın dövlət katibi Kanadada qeyri-adi şəkildə qarşılandı

HASANLY
Kanadaya səfərə gedən ABŞ-ın dövlət katibi Marko Rubio qeyri-adi şəkildə qarşılanıb.

King.Az bu barədə "The Mirror" nəşrinə istinadla xəbər verir.

Belə ki, onun təyyarə trapının qarşısında sərilən qısa qırmızı xalı asfaltdakı gölməçəni örtməyib.

Jurnalistlər yazırlar ki, ehtiramla qəbulu simvolizə edən qırmızı xalı qəsdən qısaldılıb. Şəkildən görünür ki, xalı təyyarə trapının sonuna çatmır və gölməçənin üstünü açıq qoyur.

Nəşr qeyd edir ki, bu addım Vaşinqton və Ottava arasında bir sıra beynəlxalq məsələlər üzrə fikir ayrılıqları səbəbindən yaranan indiki gərginliyi əks etdirə bilər.

Xatırladaq ki, martın 11-də ABŞ lideri Donald Tramp Kanadaya qarşılıqlı ticarət rüsumları məsələsini tam həll etmək üçün ABŞ-nin 51-ci ştatı olmağı təklif edib.
Şərhlər (0)

Information
Users of Qonaq are not allowed to comment this publication.