0
Şənbə
Okt 25

İtaliya A Seriyası: "Milan" autsayderlə bacarmadı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İtaliya A Seriyasında 8-ci tura start verilib.

King.Az xəbər verir ki, turun açılış matçında "Milan" "Piza"nı qəbul edib.

Gözləntilərin əksinə olaraq, "rossoneri"lər autsayderin öhdəsindən gələ bilməyiblər.

7-ci dəqiqədə meydan sahibləri Leonun qolu ilə hesabı açsalar da, qonaqlar 60-cı dəqiqədə Kuadradonun dəqiq penalti zərbəsi ilə cavab veriblər. 86-cı dəqiqədə Nzola "Piza"nı hesabda irəli çıxarsa da, 90+4-cü dəqiqədə Atekame sensasiyaya imkan verməyib - 2:2.

Xal itkisinə baxmayaraq "Milan" çempionatın lideri olaraq qalır. Komandanın aktivində 17 xal var. Onun rəqibi isə 4 xalla 18-ci pillədədir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.