"Barselona" klubu tarixində ilk dəfə olaraq ardıcıl 45 rəsmi matçda qol vurub.
King.Az-ınSport24.ru-ya istinadən verdiyi xəbərə görə, klub rekorduna UEFA Çempionlar Liqasının ikinci turu çərçivəsində PSJ ilə keçirilən oyunda (1:2) imza atılıb.
Bildirilir ki, 2024-cü il dekabrın 15-də "Leqanes" "Barselona"nı 1:0 hesabı ilə məğlub etdiyi gündən bəri katalonlar meydandan qolsuz ayrılmayıblar.
İspaniyada bu göstərici üzrə rekord "Real Madrid"ə məxsusdur. Komanda 2016 və 2017-ci illər arasındakı dövr ərzində ardıcıl 73 oyunda rəqib qapısından qol keçirib.
Oxşar Mövzular

Ceyms Kemeron həyəcan təbili çaldı: Kinoteatrların taleyi təhlükədədir
21-02-2026, 14:49PFL rəsmisi UEFA tərəfindən təyinat alıb
24-06-2025, 13:45Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
11-10-2025, 16:02