Şənbə
Dek 07

Messi MLS-də mövsümün futbolçusu seçildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi Amerikanın futbol liqası MLS-də 2024 mövsümünün ən yaxşı oyunçusu adına layiq görülüb.

King.Az xəbər verir ki, bu barədə MLS məlumat yayıb.

Messi mövsüm ərzində 20 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb. Onun liderliyi altında "İnter Mayami" müntəzəm çempionatı birinci yerdə başa vurub. Lakin komanda pley-offun ilk mərhələsində "Atlanta"ya məğlub olaraq və mübarizəni dayandırıb.

Xatırladaq ki, 37 yaşlı Lionel Messi karyerası ərzində səkkiz dəfə dünyanın ən yaxşı futbolçusu kimi "Qızıl top" mükafatını qazanıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.