ABŞ Silahlı Qüvvələri "Əl-Qaidə" terror təşkilatının Əbu əl-Həyca əl-Hədidi kimi tanınan səyyar komandiri Munir Bəcli əl-Əhdəli məhv edib.
King.Az bu barədə "Al Hadath" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, o, Yəmənin Marib əyalətində öldürülüb. Pilotsuz uçuş aparatı terrorçunun idarə etdiyi motosikletə zərbə endirib.
Hücum zamanı onunla birlikdə "Əl-Qaidə"nin adı açıqlanmayan daha bir üzvü zərərsizləşdirilib.


